logo

İranda 2 ton narkotik vasitə müsadirə edilib

20:50 04-09-2019 | icon 2744
İranda 2 ton narkotik vasitə müsadirə edilib

İranın Sistan-Bəlucistan vilayətində sərhədçilərlə polisin birgə əməliyyatı nəticəsində 2 ton narkotik vasitə müsadirə olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə vilayət polisi rəisinin müavini Əhməd Tahiri məlumat verib. O bildirib ki, Əfqanistandan İrana qaçaqmalçılar tərəfindən külli miqdarda narkotik vasitənin gətiriləcəyi haqqında operativ məlumat daxil olmuşdu. Sərhədçilərə bu barədə məlumat verildi və birgə əməliyyat planı hazırlandı. Narkotik vasitələrin qaçaqmalçılarına sərhədi keçməyə imkan verildi ki, İrandakı alıcıları da müəyyənləşdirilsin. Qaçaqmalçılar 2 ton narkotik vasitəni vilayətin Həş şəhərində satarkən yaxalandılar.

Rəis müavini diqqətə çatdırıb ki, əməliyyat nəticəsində 5 nəfər həbs edilib. Hazırda istintaq aparılır.