logo

Sahibə Qafarova AŞ PA komitələrinin iclaslarında iştirak edəcək

18:17 04-09-2019 | icon 2534
Sahibə Qafarova AŞ PA komitələrinin iclaslarında iştirak edəcək

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Məcburi köçkünlər və Miqrasiya komitələrinin iclaslarında iştirak etmək üçün sentyabrın 5-dən 7-dək Fransada səfərdə olacaq.

Parlamentin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Paris şəhərində keçiriləcək toplantıda miqrant və deportasiya zamanı itkin düşmüş uşaqların sığınacaq problemləri, miqrantlar üçün Brexitin nəticələri, qaçqın və miqrant hüquqları ilə məşğul olan qeyri-dövlət təşkilatlarının vəzifələri, məcburi köçkünlərin beynəlxalq müdafiəsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. Deputat iclasda müzakirə edilən məsələlərə münasibətini bildirəcək.

İclas çərçivəsində Sahibə Qafarovanın “Miqrant və kimsəsiz uşaqların qəyyumluğunun zəruriliyi” mövzusunda hazırladığı məruzə ətrafında dinləmələr keçiriləcək və cari məsələlərə baxılacaq.