logo

Xorvatiyanın yeni səfiri Azərbaycana gəlib

17:44 04-09-2019 | icon 2541
Xorvatiyanın yeni səfiri Azərbaycana gəlib

Xarici işlər nazir Elmar Məmmədyarov Xorvatiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Branko Zebiçlə görüşüb.

 YeniAvropa xəbər verir  ki, bu haqda  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan əməkdaşlıq münasibətlərini müzakirə edib və ikitərəfli strateji əlaqələrin hazırkı səviyyəsini məmnunluqla vurğulayıblar.

Səfir Branko Zebiç etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.