logo

Qusarda ağır avtoqəza: 1 ölü, 4  yaralı 

14:17 04-09-2019 | icon 3892
Qusarda ağır avtoqəza: 1 ölü, 4  yaralı 

Sentyabrın 4-də Qusar rayonu ərazisində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir  ki, Qusar-Xudat yolunun Balaqusar kəndi ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı Zeynulla Cəbrayılovun idarə etdiyi “Mercedes” markalı avtomaşın yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 nəfər Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, yaralılardan 1980-ci il təvəllüdlü Pərvanə Babayevanın həyatını xilas etmək mümükün olmayıb.

Faktla bağlı araşdırma aparılır.