logo

Əfv Komissiyasının tərkibi dəyişdirildi

19:47 02-09-2019 | icon 2422
Əfv Komissiyasının tərkibi dəyişdirildi

Azərbaycan Respublikasının prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibi dəyişdirilib.

YeniAvropa xəbər verir  ki,  bununla bağlı prezident İlham Əliyev “Azərbaycan Respublikasının prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, komissiyada Ramil Usubovun yerinə daxili işlər naziri Vilayət Eyvazov, Mədət Quliyevin yerinə isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev təyin edilib.