logo

İran kosmodromda partlayış faktını təsdiqlədi

19:14 02-09-2019 | icon 2772
İran kosmodromda partlayış faktını təsdiqlədi

İran hökumətinin sözçüsü Əli Rabi bu ölkənin kosmodromunda partlayış baş verməsi faktını təsdiq edib. 

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə "IRIB" telekanalı məlumat yayıb.

İran rəsmisi bildirib ki, hökumət hazırda raketlərin fəzaya buraxıldığı start meydançasında baş verən partlayışın səbəblərini müzakirə edir. Onun sözlərinə görə, həmin anda kosmosa göndəriləcək peyk hələ həmin meydançaya gətirilməyib. Əli Rabi əlavə edib ki, partlayışın texniki səbəblərdən baş verdiyi ehtimal edilir.

xatırladaq ki, ABŞ-ın Milli İctimai radiosu avqustun 29-da İranın İmam Xomeyni kosmodromundan kosmosa raket göndərməyə cəhd etdiyini və bunun uğursuzluqla nəticələndiyini bildirmişdi. İranın İnformasiya-Kommunikasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri isə bir gün sonra-avqustun 30-da bəyanat verərək bu məlumatı təkzib etmişdi. O bildirmişdi ki, “Nahid-1” peyki yaxşı vəziyyətdədir və hazırda buraxılış meydançasında yerləşdirilib.