logo

Hacıqabulda avtomobil aşdı: 1 nəfər öldü, 3 nəfər yaralandı

21:33 01-09-2019 | icon 4130
Hacıqabulda avtomobil aşdı: 1 nəfər öldü, 3 nəfər yaralandı

Hacıqabul rayonunda ağır yol qəzası baş verib.

YeniAvropa xəbər verir  ki, hadisə Bakı-Qazax magistralının avtomobil yolunun 123-cü kilometrliyində, Şirvan-Hacıqabul körpüsündə baş verib.

Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Aydın Allahverdiyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı kiçik təzyiqli qaz xəttinə çırpılıb. Hadisə nəticəsində sürücü, onun həyat yoldaşı Ruhiyyə Allahverdiyeva, azyaşlı övladları Xəyal Allahverdiyev və Elvira Allahverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, Ruhiyyə Allahverdiyeva xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.