logo

“Buta Airways” Kiyevə uçan sərnişinlərə xəbərdarlıq etdi

16:52 01-09-2019 | icon 2779
“Buta Airways” Kiyevə uçan sərnişinlərə xəbərdarlıq etdi

Bakı-Kiyev reysini həyata keçirən “Buta Airways” aviaşirkətinə məxsus təyyarələr “Kiyev” (Julyanı) aeroportuna deyil, “Borispol” beynəlxalq hava limanına enəcək.

YeniAvropa xəbər verir  ki, bu barədə “Kiyev” aeroportundan bildirilib. Qeyd edilib ki, uçuş zolaqlarının təmiri ilə əlaqədar olaraq sentyabrın 2-dən aeroporta uçuşlar müvəqqəti dayandırılır. Bu aeroporta uçan təyyarələr şəhərdən 50-60 kilometr məsafədə yerləşən “Borispol” beynəlxalq hava limanına enəcək.

Sentyabrın 12-dən isə “Kiyev” (Julyanı) aeroportu bütün şirkətlərin təyyarələrini qəbul etməyə başlayacaq.

Qeyd edək ki, “Buta Airways” aviaşirkəti həftənin çərşənbə axşamı, çərşənbə və cümə günləri Bakı-Kiyev-Bakı aviareysini həyata keçirir.