Ukrayna prezidenti Vladimir Zelenski Qələbənin 75 illiyi ilə bağlı Moskvada keçiriləcək təntənələrə dəvət ediləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, 2020-ci ildə keçiriləcək təntənəli mərasimlərdə öz iştiraklarını artıq 17 ölkənin lideri, o cümlədən MDB-yə üzv dövlətlərin başçıları təsdiqləyib.
"ABŞ prezidenti də dəvət edilib, lakin hələ ki, rəsmi cavab verməyib",-deyə Yuri Uşakov bildirib.