logo

Arnold Şvartseneger yeni “Terminator”a çəkilib

14:30 30-08-2019 | icon 693
Arnold Şvartseneger yeni “Terminator”a çəkilib

Noyabrın 1-də dünya ekranlarına “Terminator: Qaranlıq talelər” franşizasının davamı çıxacaq.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, “Terminator”un əvvəlki iki hissəsində çəkilmiş aktyorlar Linda Hemilton və Arnold Şvartseneger üçüncü hissədə də iştirak ediblər.

Məlumatda deyilir ki, çəkilişlərə əvvəlki hissələrin rejissoru Ceyms Kemeron qatılıb. Onun sözlərinə görə, “Terminator”a qayıdış zaman maşınında gəzintiyə bənzəyir.

Qeyd edək ki, öz dövrünün ən gurultulu filmlərindən biri olan “Terminator”un yeni hissəsinin yaradıcıları bu dəfə süjeti aktrisa Makkenza Devisin ifa etdiyi Qreysin gələcəyindən olan qız ətrafında inkişaf etdiriblər. O, Sarra Konnor (Linda Hemilton) və kiberq T-800 (Arnold Şvartseneger) ilə birlikdə Danini (Nataliya Reyes) və bəşəriyyəti xilas edəcək.