logo

Əlverişsiz havaya görə metropoliten işini dayandırıb

22:55 29-08-2019 | icon 2765
Əlverişsiz havaya görə metropoliten işini dayandırıb

Əlverişsiz hava şəraiti Oslo metropoliteninin işində fasilələr yaradıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, pis hava səbəbindən ölkənin şərq hissəsində elektrik təchizatında fasilələr yaranıb. Bununla bağlı bu gün səhər Norveç paytaxtının metrosunda qatarların hərəkəti iki dəfə dayandırılıb.

Qeyd edək ki, avqustun 28-nə keçən gecə Şərqi Norveç səmasında 22 mindən çox ildırım qeydə alınıb. Əlverişsiz hava şəraiti, həmçinin krallığın bütün şərq regionu üzrə dəmir yolunun fəaliyyətində fasilələrin yaranmasına gətirib çıxarıb.