logo

UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb

21:20 29-08-2019 | icon 3010
UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb

Avqustun 29-da Monakoda futbol üzrə UEFA Çempionlar Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

 YeniAvropa xəbər verir ki, Avropanın ən güclü 32 komandası hər birində dörd komanda olan səkkiz qrupa bölünüb.

Püşkatma belə nəticələnib:

A qrupu:

“Paris Sen-Jermen”, “Real Madrid”, “Brügge”, “Qalatasaray”

B qrupu:

“Bavariya”, “Tottenhem”, “Olimpiakos”, “Crevena Zvezda”

C qrupu:

“Mançester Siti”, “Şaxtyor Donetsk”, “Dinamo Zaqreb”, “Atalanta”

D qrupu:

“Yuventus”, “Atletiko Madrid”, “Bayer Leverkuzen”, “Lokomotiv”

E qrupu:

“Liverpul”, “Napoli”, “Zaltsburq”, “Genk”

F qrupu:

“Barselona”, “Borussiya Dortmund”, “İnter”, “Slaviya Praqa”

G qrupu:

“Zenit”, “Benfika”, “Lion”, Leypziq”

H qrupu:

“Çelsi”, “Ayaks”, “Valensiya”, “Lill”.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.

UEFA Çempionlar Liqasının qrup mərhələsi altı turdan ibarət olacaq. Qarşılaşmalar sentyabrın 17-18-də, oktyabrın 1-2-də, oktyabrın 22-23-də, noyabrın 5-6-da və 26-27-də, dekabrın 10-11-də keçiriləcək.