logo

Aleksey Qonçaruk Ukraynanın yeni baş naziri seçilib

20:17 29-08-2019 | icon 2611
Aleksey Qonçaruk Ukraynanın yeni baş naziri seçilib

Ukrayna Ali Radasının yeni tərkibdə keçirilən ilk iclasında Aleksey Qonçaruk ölkənin baş naziri vəzifəsinə seçilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, o, bu vəzifəyə yeganə namizəd olub. Aleksey Qonçaruk səsvermədən öncə çıxış edərək yüksək etimada görə, prezidentə və Ali Rada deputatlarına təşəkkürünü bildirib. Qeyd edib ki, ölkə iqtisadiyyatını gücləndirmək üçün, ilk növbədə, korrupsiya halları aradan qaldırılmalıdır. Ukraynada iqtisadi islahatların aparılacağını vurğulayan A.Qonçaruk bank və kredit siyasətindən, sahibkarlığın inkişafından, makroiqtisadi göstəricilərin artırılmasından danışıb. Sonra deputatların suallarını cavablandırıb.

Daha sonra səsvermə keçirilib və Aleksey Qonçaruk böyük səs çoxluğu ilə yeni baş nazir seçilib.

Qeyd edək ki, 35 yaşlı Aleksey Qonçaruk hüquqşünas, hüquq üzrə fəlsəfə doktorudur. O, hazırda Ukrayna prezidentinin aparat rəhbərinin müavini vəzifəsini tutur və iqtisadi islahatların həyata keçirilməsinə nəzarət edir.

Xatırladaq ki, Ukrayna qanunvericiliyinə görə, Ali Radanın ilk iclasında əvvəlki kabinet istefaya göndərilib və onun səlahiyyətlərinə xitam verilib.