Əfqanıstanda müharibə ABŞ-a 760 milyard dollara başa gəlib
Əfqanıstan prezidenti Əşrəf Qani KİV-ə açıqlamasında Birləşmiş Ştatların 2001-ci ildən başlayaraq “Taliban” silahlıları ilə mübarizəyə xərclədiyi vəsaitlərin 500 milyard dollara çatdığını söyləsə də, beynəlxalq ekspertlər bu xərclərin daha çox olduğunu düşünürlər.
YeniAvropa "BBC" telekanalına istinadla xəbər verir ki, ekspertlər Ə.Qaninin iddiasını dəqiqləşdirmək üçün araşdırma aparıblar. Onlar bildiriblər ki, “Taliban”ı Üsamə bin-Ladeni dəstəkləməkdə təqsirləndirən Vaşinqton 2001-ci il 11 sentyabr hadisələrindən sonra həmin ilin oktyabrında Əfqanıstana qoşun yeridib. Onların sözlərinə görə, bu ölkədə amerikalı əsgərlərin sayı ildən-ilə artırılıb. Belə ki, 2012-ci ilədək Əfqanıstanda ABŞ hərbçilərinin sayı 100 min nəfər olub və onlara çəkilən xərclər 100 milyard dollara çatıb. 2016-1018-ci illərdə isə Amerika hərbçiləri “Taliban” silahlı qruplaşmalarına qarşı hücum əməliyyatlarını dayandırıb və əfqan əsgərlərinin təlimi ilə məşğul olublar. Həmin dövrdə Vaşinqtonun xərcləri 40 milyard dollara qədər azalıb. Bu ilin martınadək olan müddətdə isə Əfqanıstan missiyasına 18 milyard dollar ayrılıb.
Pentaqonun məlumatına görə 2001-ci ilin oktyabrından 2019-cu ilin martınadək olan dövrdə Əfqanıstandakı qoşun kontingentinə 760 milyard dollar vəsait ayrılıb. Bu, Əfqanıstan prezidentinin verdiyi rəqəmdən daha çoxdur.
Lakin Braun Universitetinin həyata keçirdiyi müharibə layihələrinin dəyəri layihəsi çərçivəsində aparılmış müstəqil araşdırmalara görə, Pentaqonun bu rəqəmləri mənzərəni tam şəkildə əks etdirmir. Belə ki, müharibə veteranlarına qayğı, missiya ilə bağlı ABŞ-dakı departamentlərin xərci və hərbi əməliyyatlar üçün alınan borcların faizləri bura əlavə edilməyib. Bütün bu vəsaitlərlə birlikdə Əfqanıstanda müharibə təqribən ABŞ-a 1 trilyon dollara başa gələ bilər. Bundan başqa, Vaşinqton son 17 ildə Əfqanıstanın yenidən qurulması işlərinə də 133 milyard dollar xərcləyib. Sonradan tikilən binaların və digər infrastruktur obyektlərinin partladılması nəticəsində 15,5 milyard dollar havaya sovrulub.
Maliyyə itkiləri ilə yanaşı, ABŞ Əfqanıstan müharibəsində hərbçilər arasında ölüm hallarının çox olması problemi ilə də üzləşib. Belə ki, 2001-ci ilin oktyabrından bu günədək bu ölkədə 2 300 amerikalı hərbçi həlak olub, 20 500 əsgər isə yaralanıb. Əşrəf Qani isə bəyan edib ki, onun prezidentliyi dövründə - 2014-cü ildən sonra əfqan təhlükəsizlik qüvvələrinin 45 min əsgəri öldürülüb.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir