logo

Paytaxtda lombarddan pul oğurlandı

17:57 29-08-2019 | icon 2499
Paytaxtda lombarddan pul oğurlandı

Paytaxtın Binəqədi rayonunda lombarddan pul oğurlanıb. 

 YeniAvropa xəbər verir  ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, rayon ərazisindəki lombardların birindən 200 manat pul oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş S.Pənahov Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Bakı şəhər sakini E.Quliyevi bıçaqla hədələyib quldurluq yolu ilə pulunu almaqda şübhəli bilinən Cəlilabad rayon sakini V.Şahmarov və Gəncə şəhər sakini N.Abbasov isə Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yaxalanıblar.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.