logo

Vladimir Zelenski Ukraynanın yeni baş nazirinin namizədliyini irəli sürüb

15:10 29-08-2019 | icon 2961
Vladimir Zelenski Ukraynanın yeni baş nazirinin namizədliyini irəli sürüb

Ukrayna prezidenti Vladimir Zelenski Ali Radanın iclasında Aleksey Qonçarukun ölkənin baş naziri vəzifəsinə namizədliyini irəli sürüb.  

YeniAvropa  "Ukrinform" agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı prezidentin parlamentdəki nümayəndəsi Ruslan Stefançuk verib.

Yeni baş nazirin namizədliyinin parlamentin bugünkü iclasında təsdiq olunacağı gözlənilir. Ukrayna qanunvericiliyə görə, Ali Radanın ilk iclasında köhnə kabinet istefaya göndərilir və onun səlahiyyətlərinə xitam verilir.

35 yaşlı Aleksey Qonçaruk hüquqşünas, hüquq üzrə fəlsəfə doktorudur. O, hazırda Ukrayna prezidentinin aparat rəhbərinin müavini vəzifəsini tutur. Qonçaruk iqtisadi islahatların həyata keçirilməsinə nəzarət edir.