logo

Balakən sakinləri Zaqatalada narkotik bitkilər becəriblər

12:48 29-08-2019 | icon 2373
Balakən sakinləri Zaqatalada narkotik bitkilər becəriblər

Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Lahıc kəndi ərazisində yerləşən sahədə xüsusi aqrotexniki qaydada qulluq etməklə narkotik tərkibli bitkilər becərən Balakən rayonu Qasbinə kənd sakinləri 32 yaşlı Pərviz Caniyev və həmyaşıdı Aydın Pirxiyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə əraziyə keçirilən baxış zamanı oradan yaş çəkisi 57 kiloqram olan 121 ədəd narkotik xassəli çətənə bitkiləri və 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanıb.

Dindirilmə zamanı P.Caniyev və A.Pirxiyev törətdikləri cinayət əməllərini etiraf ediblər.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırmalar aparılır.