logo

“İjavia” Rusiyanın 9 şəhərindən Bakıya uçuşlar həyata keçirəcək

21:15 28-08-2019 | icon 3038
“İjavia” Rusiyanın 9 şəhərindən Bakıya uçuşlar həyata keçirəcək

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) “İjavia” aviaşirkətinə Rusiyanın 9 şəhərindən Azərbaycana müntəzəm uçuşlar həyata keçirmək üçün icazə verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, “Rosaviasiya”nın ötən gün qəbul etdiyi qərara əsasən, “İjavia” Həştərxan, Volqoqrad, Ulyanovsk, Saratov, Perm, Çelyabinsk, Orenburq, Rostov-na -Donu və Nijni Novqoroddan Bakıya uçuşlar həyata keçirmək üçün icazə alıb.

Reyslər həftədə 2 dəfə yerinə yetiriləcək.

Xatırladaq ki, Rusiya Federasiyasının Udmurt Respublikasına məxsus "İjavia" şirkəti 1944-cü ildən fəaliyyət göstərir. Şirkətin aviasiya parkı əsasən "YAK-42" təyyarələrindən ibarətdir və ölkədaxili reyslər üzrə fəaliyyət göstərirlər.