logo

Salome Zurabişvili “Mariamoba” bayramına görə 34 məhkumu əfv etdi

15:51 28-08-2019 | icon 2898
Salome Zurabişvili “Mariamoba” bayramına görə 34 məhkumu əfv etdi

Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə qeyd olunan “Mariamoba” bayramı münasibətilə 34 məhkumu əfv edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, əfv olunanlardan 8-i qadın, 1-i isə yeniyetmədir.

Prezident Administrasiyası rəhbərinin müavininin vəzifələrini icra edən Angi Xutsişvili KİV-ə açıqlamasında bildirib ki, Salome Zurabişvili prezident seçildikdən sonra artıq 91 nəfərin əfv olunması ilə bağlı fərmanlar imzalayıb. “Bu proses davamlı olacaq və ölkə başçısı gələcəkdə də belə fərmanlar imzalayacaq”, – deyə A.Xutşişvili vurğulayıb.