logo

AQTA İsmayıllıdakı toyda zəhərlənməyə görə araşdırma aparır

13:15 28-08-2019 | icon 2555
AQTA İsmayıllıdakı toyda zəhərlənməyə görə araşdırma aparır

İsmayıllıda həyətyanı sahədə keçirilən kiçik toy məclisində qidadan zəhərlənmə ehtimalı ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərindən ibarət işçi qrupu hadisə yerinə ezam olunub.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən  YeniAvropa-ya bildirilib ki, hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.

Aparılan araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək.