logo

Məhəmməd Zərif Şinzo Abe ilə İran körfəzindəki gərginliyi müzakirə edib

12:30 28-08-2019 | icon 476
Məhəmməd Zərif Şinzo Abe ilə İran körfəzindəki gərginliyi müzakirə edib

Avqustun 28-də Yaponiyanın Baş Naziri Şinzo Abe Yokohama şəhərində İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə  Zərif özünün “Twitter” səhifəsində yazıb.  Görüşdə İranın xarici işlər naziri ölkəsinin regionda gərginliyi artırmağa çalışmadığını bildirib. “Biz Yaponiyanın Yaxın Şərqdəki diplomatik səylərini alqışlayırıq. İran pPrezidentinin dediyi kimi, biz gərginliyi artırmağa çalışmırıq. Hesab edirik ki, hər bir ölkə beynəlxalq qanunlara uyğun olaraq öz hüquqlarından istifadə etmək imkanına malik olmalıdır”,-deyə Zərif vurğulayıb.

İranlı nazir, həmçinin öz “Twitter” səhifəsində yazıb ki, Ş.Abe ilə görüşdə ikitərəfli münasibətlərin möhkəmlənməsi və İran körfəzində gərginliyin azaldılması istiqamətində konstruktiv fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, M.C.Zərif bir gün əvvəl yaponiyalı həmkarı Taro Kono ilə də görüşüb. Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, T.Kono bəyan edib ki, İran nüvə razılaşmasına əməl etməli, bu sənəddəki öhdəliklərinin icrasına qayıtmalı və onu pozacaq hərəkətlərdən çəkinməlidir.