logo

İranda qadınların stadionlarda futbol matçlarını izləmələrinə icazə verilib

17:49 26-08-2019 | icon 3031
İranda qadınların stadionlarda futbol matçlarını izləmələrinə icazə verilib

İranda qadınların stadionlarda futbol matçlarını izləmələrinə icazə verilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu barədə İranın idman və gənclər nazirinin müavini Cəmşid Tağızadə məlumat verib.

O bildirib ki, qadınların oktyabrın 10-da Tehranın “Azadi” stadionunda İran və Kamboca milli komandaları arasında keçiriləcək oyunu izləmələrinə icazə verilib.

Qeyd edək ki, bu ilin iyununda FIFA-nın prezidenti Canni İnfantino İran hökumətinə ünvanladığı məktubda qadınların futbol oyunlarını izləmək üçün stadionlara buraxılmasını tələb edib. Məktubda bildirilib ki, əgər İranda bu qadağa aradan qaldırılmasa, bu ölkəyə qarşı sanksiyalar tətbiq ediləcək.

İranın din xadimləri bildirirlər ki, stadionda oyunu izləyən kişilər emosiyalara qapılaraq müxtəlif təhqiredici sözlərdən istifadə edirlər. Qadınlar bu sözləri eşitmək məcburiyyətinə qalırlar. Bu isə İslam əxlaqına ziddir. Ona görə də İranda qadınların futbol oyunlarına buraxılması qadağan edilib.

Lakin bu qadağanın İran-Kamboca oyunundan sonrakı görüşlərə də şamil edilib edilməyəcəyi dəqiq deyil.