logo

Alp dağlarında təyyarə qəzasında üç nəfər həlak olub

15:37 25-08-2019 | icon 2891
Alp dağlarında təyyarə qəzasında üç nəfər həlak olub

İsveçrədə, Alp dağlarında yüngül çəkili “Piper” tipli təyyarə qəzaya uğrayıb.

YeniAvropa “RİA Novosti”yə istinadla xəbər verir ki, Simplon dağ keçidi üzərində qəzaya uğrayan təyyarə tək mühərrikli olub. Hadisə zamanı pilot və iki sərnişin həlak olub. Təyyarə İtaliya istiqamətində uçurmuş. Hadisə ilə bağlı araşdırma aparılır.