logo

KXDR yeni nəhəng raketburaxıcı ı qurğunu sınaqdan keçirib

10:10 25-08-2019 | icon 3080
KXDR yeni nəhəng raketburaxıcı ı qurğunu sınaqdan keçirib

KXDR bir neçə raketi buraxmağa qadir olan nəhəng buraxıcı qurğunu uğurla sınaqdan keçirdiyini bildirib.

YeniAvropa xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb.  Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadla yayılan məlumata görə, sınağa Şimali Koreyanın lideri Kim Çen In rəhbərlik edib. Test buraxılışı sistemin bütün taktiki və texnoloji xarakteristikasının verilmiş meyarlara çatdığını göstərib.

Xatırladaq ki, şənbə günü səhər Şimali Koreya Yapon dənizi istiqamətində yaxın mənzilli ballistik raket olduğu ehtimal edilən iki buraxılış həyata keçirib. Raketlər 380 kilometr məsafə qət edib, uçuş hündürlüyü isə maksimal nöqtədə 97 kilometrə çatıb.