logo

Romantik ərindən bezən qadın boşanmaq üçün məhkəməyə getdi

09:11 25-08-2019 | icon 245
Romantik ərindən bezən qadın boşanmaq üçün məhkəməyə getdi

Birləşmiş Ərəb Əmirliklərinin qadın sakini məhkəməyə qəribə boşanma ərizəsi ilə müraciət edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, qadın bu addımı ərinin “hədsiz məhəbbətinə” dözməməsi səbəbindən atıb. Bir illik evlilik həyatında onların arasında bir dəfə də olsa mübahisə baş verməməsi, ərinin heç vaxt onun üstünə çığırmaması və həmişə mehribanlıq göstərməsi qadını qane etməyib. Qadın yardım istəmədiyi halda, əri ev işlərində ona kömək göstərib, hətta yemək hazırlayıb.

“Mən mübahisə etmək, hətta bəzən savaşmaq istəyirəm, itaətdə keçən solğun həyat məni bezdirib. Mən heç olmasa bircə dəfə deyişmək istəyirəm, amma mənim romantik ərimlə bu, mümkün deyil. O, məni həmişə bağışlayır və hədiyyələr yağdırır”, - deyə qadın etiraf edib.

Ər isə hesab edir ki, heç bir pis iş görməyib, yalnız ideal ər olmaq istəyib. Bir dəfə xanımı ona köklüyü irad tutduqda, pəhriz saxlamağa və idmanla məşğul olmağa başlayıb. O, hakimdən xahiş edib ki, arvadına iddiasını geri götürməyi tövsiyə etsin. Nəticədə hakim ər-arvada barışmaq şansı vermək məqsədilə işə baxmağı təxirə salıb.