logo

Türkiyə və ABŞ komandanları helikopterdə Suriya ərazisinə uçublar

19:50 24-08-2019 | icon 2933
Türkiyə və ABŞ komandanları helikopterdə Suriya ərazisinə uçublar

Suriya ərazisində Fərat çayının şərqində təhlükəsizlik bölgəsinin yaradılması məqsədilə planlaşdırılan antiterror əməliyyatı çərçivəsində daha bir mühüm addım atılıb.

YeniAvropa Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, Türkiyə və ABŞ komandanları bölgədəki vəziyyəti öyrənmək üçün helikopterlə birgə uçuş həyata keçiriblər.