logo

Azərbaycan MDB-də ən çox Rusiyaya məhsul ixrac edib

18:55 24-08-2019 | icon 2807
Azərbaycan MDB-də ən çox Rusiyaya məhsul ixrac edib

Cari ilin yanvar-iyul aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib.

 YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.Qeyd edilib ki, Azərbaycanın yeddi ayda MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Türkmənistandır.

Rusiyaya ixrac olunan məhsulların dəyəri 423 milyon 234 min ABŞ dolları, Ukraynaya 270 milyon 31 min dollar, Türkmənistana isə 14 min 502 dollar olub.