logo

Moskvada 40-dan çox aviareys ləğv edilib

10:29 24-08-2019 | icon 3185
Moskvada 40-dan çox aviareys ləğv edilib

Şənbə günü Moskva aeroportlarında 31 reys təxirə salınıb və 12 reys ləğv edilib.

 YeniAvropa  xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti" agentliyi "Яндекс.Расписание" xidmətinə istinadla yayıb.

Xidmətin məlumatına görə, yerli vaxtla saat 07:45-dək “Vnukovo” aeroportunda 6 reys təxirə salınıb, 2-si ləğv edilib. “Domodedovo” hava limanında isə 25 reys təxirə düşüb, daha 10 reys ləğv olunub.

Rusiya paytaxtının hava limanlarında yaranmış problemin səbəbləri barədə məlumat verilmir.