logo

Xəzər dənizində zəlzələ baş verib

09:10 24-08-2019 | icon 2996
Xəzər dənizində zəlzələ baş verib

Avqustun 24-də Xəzər dənizində maqnitudası 3,4 olan zəlzələ baş verib.

YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 01:38-də qeydə alınıb.

Ocağı 40 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.