logo

Conson Makronla görüşdə ayağını masaya qoydu

10:09 23-08-2019 | icon 2527
Conson Makronla görüşdə ayağını masaya qoydu

Böyük Britaniyanın baş naziri Boris Conson Fransa prezidenti Emmanuel Makronla Parisdəki Yelisey sarayında keçirilən görüş zamanı ayağını masanın üstünə qoyub.

 YeniAvropa xəbər verir  ki, bu barədə “Biznes İnsayder” nəşri məlumat yayıb.

Sosial şəbəkələrdə Consonun bu yersiz hərəkəti kəskin tənqid olunub. Britaniyalı baş nazirin bioqrafı Sonya Pernell onun bu hərəkətini kobud və biabırçı adlandırıb.

Xatırladaq ki, Boris Concon iyulun 24-dən Böyük Britaniyanın baş naziri vəzifəsinə seçilib. O, vəzifəsinin icrasına başlarkən, ozünün proqram çıxışında qeyd edib ki,heç bir etiraza baxmadan 31 oktyabrda ölkəsini Avropa İttifaqına üzvlükdən çıxaracaq. Avqustun əvvəlində ölkə KİV-ləri yazırdılar ki, Britaniya parlamentinin  Nümayəndələr palatasının hətta böyük əksəriyyəti Conson hökumətinə etimadsızlıq göstərsə belə, baş nazir "Brexit"i həyata keçirmək niyyətindədir. Bu isə qarşıdakı aylarda Britaniyada növbədənkənar parlament seçkilərini gündəmə gətirə bilər.