logo

UEFA Avropa Liqası: “Linfild” - “Qarabağ” -3:2

00:45 23-08-2019 | icon 2989
UEFA Avropa Liqası: “Linfild” - “Qarabağ” -3:2

Avqustun 22-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün play-off mərhələsi çərçivəsində keçirilən “Linfild” - “Qarabağ” oyunu başa çatıb.

 YeniAvropa  xəbər verir ki, qarşılaşmada qapılara beş qol vurulub. Belə ki, oyunda ilk hesab 14-cü dəqiqədə açılıb. Ağdam təmsilçisi Faysal Rerras adını tabloya yazdırıb – 0:1. Qoldan sonar hücumları davam etdirən Qurban Qurbanovun yetirmələri rəqib qapısında bir neçə təhlükəli vəziyyət yaradıb. Lakin ilk hissənin sonlarında rəqib özünü toparlamağı bacarıb. 40-cı və 45-ci dəqiqələrdə “Linfild”in futbolçuları iki qol vuraraq fasiləyə üstün yollanıblar.

Fasilədən sonra əks hücumlara bel bağlayan “Linfild” “Qarabağ”ın qapısından üçüncü topu keçirib. Qarşılaşmanın sonuncu dəqiqəsində “Qarabağ” hesab arasındakı fərqi bir topa endirib. Maqaye Qeye hakimin təyin etdiyi 11 metirlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Qalan dəqiqələrdə ağdamlıların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

Beləliklə, “Qarabağ” səfərədə 3:2 hesabı ilə məğlub olub.

Xatırladaq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Albaniya çempionu “Partizani” klubunu mübarizədən kənarlaşdırıb - 0:0, 2:0. Ağdam təmsilçisi ikinci təsnifat mərhələsində İrlandiyanın “Dundalk” komandasından güclü olub - 1:1, 3:0. “Qarabağ” üçüncü mərhələdə səfərdə Kiprin APOEL komandasına ilk oyunda 2:1 hesabı ilə qalib gəlsə də, Bakıdakı cavab matçında uduzaraq (0:2) qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb və mübarizəni UEFA Avropa Liqasında davam etdirməli olub.

Mübarizəyə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsindən başlayan “Linfild” əvvəlcə Farer Adalarının “Torshavn” komandasını (2:2, 1:0), daha sonra Monteneqro “Sutyeska” klubunu mübarizədən kənarlaşdırıb (2:1, 3:2).

Bu komandalar arasında cavab görüşü avqustun 29-da Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.