İran “Oskar” mükafatına namizəd olan filmini təqdim edib
“Fəridənin sorağında” sənədli filmi İran İslam Respublikasından “Ən yaxşı beynəlxalq film” nominasiyasında 92-ci “Oskar” mükafatına namizəd qismində seçilib. Bu nominasiya daha əvvəl “Ən yaxşı xarici film” adlanırdı.
YeniAvropa “İslamosfera” saytına istinadla xəbər verir ki, rejissorları Azadə Musəvi və Kuroş Atai olan “Fəridənin sorağında” adlı kino lentində Niderlanddan olan iranlı qadından bəhs edilir. O, bioloji valideynləri tərəfindən tərk edilib, 40 il əvvəl hollandiyalı cütlük onu himayəyə götürüb. İndi o, ailəsi və özünün əlaqəsi barədə çoxsaylı suallara cavab tapmaq sorağında İrana qayıdır.
Bir neçə il əvvəl İran mətbuatında “Hollandiyalı qız İranda özünün doğma ailəsini axtarır” kimi maraqlı sərlövhəli materiallar dərc olunmuşdu. Bu əhvalatı əsas götürən iranlı kinematoqrafçılar qrupu “Fəridənin sorağında” sənədli filmini lentə alıblar.
Film artıq İranın, eləcə də beynəlxalq kinoforumların mükafatları ilə təltif edilib. Ekran əsəri İran Kino Sənəti Akademiyasının “Ən yaxşı sənədli film” nominasiyasında qalib olub, Montanada “Big Sky” sənədli kino festivalında, Kiyevdə insan haqları üzrə sənədli filmlər beynəlxalq festivalında, İstanbul kinofestivalında, Kazanda müsəlman kinosu beynəlxalq festivalında, həmçinin bir sıra Avropa kinofestivallarının proqramında iştirak edib.
Təqdirəlayiq haldır ki, sənədli film janrında ekran əsərini “Oskar”a ilk dəfə İran təqdim edir.
“Tehran Tayms”ın məlumatına görə, “Fəridənin sorağında” filmi onlarla namizədin daxil olduğu milli siyahıdan seçilib. İndi film Əlcəzairdən “Papiçu”, Gürcüstandan “Şindisi”, İsveçrədən “Şiksin ağuşuna Volkenbruxun ecazkar səyahəti” və bir sıra digər ekran əsərləri ilə “Oskar” uğrunda mübarizəyə qoşulacaq.
“Oskar” kinomükafatının 92-ci təqdimetmə mərasimi 2020-ci il fevralın 9-da təşkil olunacaq.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq