logo

Xətai rayonunda 10 avtomobildən oğurluq edən keçmiş məhkum yaxalanıb

17:19 22-08-2019 | icon 2590
Xətai rayonunda 10 avtomobildən oğurluq edən keçmiş məhkum yaxalanıb

Paytaxtda 10-a yaxın avtomobildən oğurluq edən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, avqustun 19-da Xətai rayonu ərazisində iki avtomobildən 2800 manat pul, iki mobil telefon və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Cəlilov Xətai Rayon Polis İdarəsinin 34-cü, 35-ci və 36-cı polis bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 6 avtomobildən pul, sənəd, videoqeydiyyat qurğusu, akkumulyator və kosmetik əşyalar oğurlaması da müəyyən edilib.

Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon ərazisində bir avtomobildən iki mobil telefon və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Ağayev yaxalanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.