logo

Qırğızıstanın sabiq baş prokuroru ev dustağı edilib

12:51 22-08-2019 | icon 2751
Qırğızıstanın sabiq baş prokuroru ev dustağı edilib

Qırğızıstanın sabiq baş prokuroru İndira Coldubayeva məhkəmənin qərarı ilə ev dustaqlığına yerləşdirilib.

 YeniAvropa Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Coldubayeva “korrupsiya” maddəsi üzrə cinayətdə iştirakda şübhəli bilinir. O, əsasən 2013-cü ildə kriminal avtoritet Əziz Batukayevi qanunsuz olaraq həbsdən azad etməkdə təqsirləndirilir.

Qeyd edək ki, İndira Coldubayeva 2011-2015-ci illərdə Qırğızıstan prezidenti aparatında məhkəmə islahatı şöbəsinə rəhbərlik edib, 2015-2018-ci illərdə isə ölkənin baş prokuroru vəzifəsində çalışıb.