logo

İtaliyanın cənubunda  yeni güclü vulkan püskürmələri gözlənilir

22:55 21-08-2019 | icon 2667
İtaliyanın cənubunda  yeni güclü vulkan püskürmələri gözlənilir

İtaliyanın cənubunda yerləşən Stromboli adasında yeni güclü vulkan püskürmələri gözlənilir. 

YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun mütəxəssisləri adada yeni təkanların olacağı barədə xəbərdarlıq ediblər.

Xatırladaq ki, iyul ayında  Strombolidə vulkan püskürməsi nəticəsində bir nəfər həlak olub, eləcə də vulkanın təpəsindəki kraterlərdə orta və çox güclü partlayışlar qeydə alınıb.

Mütəxəssislər belə hesab edirlər ki, Stromboli vulkanı daim fəal olduğu üçün yeni püskürmələr istisna olunmr.

Bu il yulun 3-də baş vermiş püskürmə vulkanın monitorinqinin başlandığı 1985-ci ildən etibarən ən güclü püskürmələrdən biri adlandırılıb.

Qeyd edək ki, Stromboli adası Siciliyadan şimalda yerləşən Lipar adaları qrupuna aiddir. Stromboli vulkanının üç fəal krateri var. Sonuncu güclü püskürmə ötən ay baş verib.