logo

İran ilə Azərbaycan birgə sənaye zonası yaradacaq.

19:27 21-08-2019 | icon 2513
İran ilə Azərbaycan birgə sənaye zonası yaradacaq.

İran ilə Azərbaycan birgə sənaye zonası yaradacaq.

 YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu sözləri İranın sənaye, mədən və ticarət nazirinin müavini Möhsün Salihiyan deyib.

O, Əhvaz şəhəri yaxınlığında yaradılan yeni sənaye zonasının açılışı mərasimində bildirib ki, qonşu ölkələrlə sərhədyanı regionlarda yaradılan sənaye bölgələri daha səmərəli olur. Buna görə də, Azərbaycan və Türkiyə ilə sənaye zonalarının yaradılması haqqında danışıqlar aparılır və razılaşma əldə olunub. Azərbaycan və Türkiyə iqtisadiyyatının inkişaf etdiyini bildirən nazir müavini qeyd edib ki, hər iki ölkə ilə İranın iqtisadi əlaqələri mövcuddur. Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Bu imkandan faydalanmaq tərəflərə iqtisadi dividend qazandıracaq.

M.Salihiyan nəzərə çatdırıb ki, yaradılacaq sənaye zonasına investisiya qoyaraq istehsal prosesinə başlanması üçün çox asan şərtlər tətbiq ediləcək.

Xatırladaq ki, İranda 900 azad ticarət və sənaye zonası var.