logo

Azərbaycan və Tacikistan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

11:53 07-02-2018 | icon 3675
Azərbaycan və Tacikistan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə bu ölkənin elm və təhsil naziri Nurullo Said ilə görüşüb.YeniAvropa xəbər verir  ki, görüşdə Azərbaycan və Tacikistan arasında Təhsil Müəssisələri Asosassiyanın yaradılması, qurumlar arasında illik kvotaların ayrılmasına dair Protokolun imzalanması, M.S.Osimi adına Tacikistan Texniki Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında Memorandumun imzalanması və ikitərəfli əhəmiyyət kəsb edən digər məsələlər müzakirə olunub.

Nazir Azərbaycanın təhsil sahəsində böyük təcrübəyə malik olduğunu, iki ölkə arasında Hökumətlərarası Komissiyanın Protokolunda Azərbaycan ilə Tacikistan arasında təhsil sahəsində əməkdaşlıq barədə müvafiq bəndin olduğunu diqqətə çatdırıb.

Görüşdə Tacikistanda 39 ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyi və imzalanan sazişə əsasən Azərbaycan universitetləri tərəfindən ayrılmış kvotaya uyğun olaraq tacik tələbələrinin ölkəmizə göndəriləcəyi bildirilib. Tacikistan universitetlərində azərbaycanlı tələbələrin təhsil alması üçün kvota ayrılacağı diqqətə çatdırılıb.