logo

Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək

12:13 21-08-2019 | icon 2345
Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək

Oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyində MDB İcraiyyə Komitəsi sədrinin müavini Sergey İvanov ilə keçirilən görüşdə bildirilib. Görüşdə bu il Türkmənistanın MDB-yə sədrliyi çərçivəsində keçiriləcək tədbirlərə hazırlıq məsələləri də müzakirə edilib.

Qeyd edək ki, Türkmənistanın sədrliyi dövründə MDB ilə beynəlxalq təşkilatlar arasında əlaqələrin səviyyəsinin yüksəldilməsi, ticari-iqtisadi əməkdaşlığın və dünya iqtisadi münasibətlərin genişləndirilməsi məsələləri prioritet kimi müəyyənləşdirilib.