logo

Hacıqabulda ağır avtoqəza:1 nəfər ölüb, 1 nəfər yaaralanıb

11:53 21-08-2019 | icon 3647
Hacıqabulda ağır avtoqəza:1 nəfər ölüb, 1 nəfər yaaralanıb

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 YeniAvropa xəbər verir  ki,hadisə rayonun Nəvahi qəsəbəsi ərazisində qeydə alınıb. Avtomagistralda hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşıda gedən “KamAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.