logo

Hacı Əliyev: Dördüncü dəfə dünya çempionu olmaq arzusundayam

10:11 21-08-2019 | icon 3143
Hacı Əliyev: Dördüncü dəfə dünya çempionu olmaq arzusundayam

Dünya çempionatına çox az vaxt qalır. Bu nüfuzlu yarışda hədəfim qızıl medaldır. Dördüncü dəfə dünya çempionu olmaq arzusundayam.

 YeniAvropa xəbər verir  ki, bu sözləri sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlıqla bağlı açıqlamasında deyib.

Yığma komandanın dünya çempionatına ciddi hazırlaşdığını qeyd edən güləşçi Qazaxıstana yüksək nəticələr dalınca yollanacaqlarını qeyd edib.  “Yığmamız bu nüfuzlu turnirdə yüksək nailiyyətlər qazanmaq əzmindədir. Mundial həm də Tokio Olimpiadasına lisenziya baxımından böyük əhəmiyyət daşıyır. İlk altılıqda yer alacaq güləşçilər Olimpiya Oyunlarına vəsiqə əldə edəcəklər. Komandamız yarışa ciddi hazırlaşır. Təlim-məşqlər intensiv davam edir. Çalışacağıq ki, ölkəmizi yüksək səviyyədə təmsil edək”,-deyə Hacı Əliyev vurğulayıb.

Xatırladaq ki, güləş üzrə dünya çempionatı sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçiriləcək. İlin ən vacib yarışı sayılan çempionat gələn il Yaponiyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.