logo

Ukraynada 6 ayda əhalinin sayı  143,1 min nəfər azalıb

09:58 21-08-2019 | icon 2667
Ukraynada 6 ayda əhalinin sayı  143,1 min nəfər azalıb

Bu ilin altı ayı ərzində Ukrayna əhalisinin sayı 143,1 min nəfər azalıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Ukraynanın Dövlət Statistika Xidməti məlumat yayıb. Bildirilib ki, iyulun 1-nə olan statistik məlumatlara əsasən, ölkə əhalisinin sayı 42 milyon 10 min nəfər təşkil edib. Ölkədə hər 100 nəfərin ölümü müqabilində cəmi 49 doğuş qeydə alınıb. Yanvarın 1-nə olan göstəricidə isə Ukraynada 42 milyon 153 min 2 nəfər əhali olub.

Qeyd edək ki, Ukraynada əhalinin azalma tendensiyası bir neçə ildir davam edir. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2024-cü ildə Ukraynada əhalinin sayı 41 milyon 47 min nəfər olacaq. Bu da o deməkdir ki, 6 ildə ölkə əhalisinin sayı 1 milyon azalacaq. Təkcə 2018-ci ildə, əvvəlki ilə nisbətdə Ukrayna əhalisinin sayı  233 min nəfər azalıb.