logo

Putinlə Makron Qarabağı müzakirə edib

18:17 20-08-2019 | icon 2205
Putinlə Makron Qarabağı müzakirə edib

Ötən gün Fransada səfərdə olan Rusiya prezidenti Vladimir Putinlə bu ölkənin prezidenti Emmanuel Makron arasında danışıqlar gecə yarısınadək davam edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə jurnalistlərə  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Danışıqlar həm təkbətək formatda, həm iki ölkə nümayəndə heyətlərinin iştirakı ilə aparıldı. Habelə prezidentlər bir-biri ilə söhbət edərkən iki xarici işlər nazirləri yanında beynəlxalq işlər üzrə köməkçilər səviyyəsində ayrıca təmaslar oldu”,- deyə məkbuat katibi bildirib.

O, həmçinin əlavə edib ki, liderlər arasında danışıqlar məzmunca zəngin olub və qarşılıqlı etimad şəraitində keçib. Onlar Ukrayna mövzusunu, Normand formatında danışıqların təşkilini geniş müzakirə ediblər.

“Habelə liderlər Suriyadakı vəziyyət barədə fikir mübadiləsi aparıblar və bir sıra digər regional münaqişələri-Dağlıq Qarabağ, Balkanlar və s.  münaqişələri  müzakirə ediblər”,- deyə Peskov vurğulayıb.