logo

7 ayda Azərbaycandan 16 milyard m3-dək qaz nəql edilib

16:59 20-08-2019 | icon 2639
7 ayda Azərbaycandan 16 milyard m3-dək qaz nəql edilib

Yeddi ayda Azərbaycandakı magistral qaz kəmərləri ilə 15 milyard 999,6 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni dövrünə nisbətən 20,3 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən  YeniAvropa-ya verilən məlumata görə, 7 ayda qaz nəqlinin 36,3 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 5 milyard 811,8 milyon kubmetr təbii qaz göndərilib.