logo

Nursultan Nazarbayev Qazaxıstan haqda yazdığı şerinə klip çəkdirib

16:17 20-08-2019 | icon 2849
Nursultan Nazarbayev Qazaxıstan haqda yazdığı şerinə klip çəkdirib

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev “Instagram” səhifəsində vətən haqqında mahnı və həmin mahnıya çəkilmiş klip yerləşdirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, mahnının sözləri Nursultan Nazarbayevə, musiqisi Altınbek Korazbayevə məxsusdur.

Nazarbayev klipdə Qazaxıstan çöllərini dolaşaraq mahnı oxuyur. Tarlada uşaqlar görünür. Qazaxıstanın birinci prezidenti onları qucaqlayır. Nazarbayev mahnısında bildirir ki, çox ölkələrdə olub, lakin onların heç biri qazax torpağı ilə müqayisəyə gəlmir.