logo

İlin əvvəlindən BTC ilə 19 milyon tonadək neft daşınıb

14:49 20-08-2019 | icon 2618
İlin əvvəlindən BTC ilə 19 milyon tonadək neft daşınıb

Yanvar-iyun aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 23 milyon 222,5 min ton neft nəql olunub.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.Qeyd edilib ki, nəqletmənin 81 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və 7 ayda bu kəmərlə 18 milyon 814,1 min ton neft nəql edilib.

Dövr ərzində BTC ilə 2 milyon 727,2 min ton tranzit nefti də ötürülüb.