logo

Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası  üzrə komissiyalarının işçi görüşü olub

20:53 19-08-2019 | icon 2338
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası  üzrə komissiyalarının işçi görüşü olub

Avqustun 19-da Azərbaycan Respublikası ilə Gürcüstan arasında Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü keçirilib.

YeniAvropa xəbər verir  ki, bu haqda  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Görüşdə tərəflər delimitasiya prosesinin gedişatını müzakirə edib və razılaşdırılmamış sahələrlə bağlı öz mövqelərini ifadə ediblər. Görüləcək sahə işləri, razılaşdırılmamış sahələrdə birgə ölçmə işlərinin aparılması və həmin yerlərə baxış keçirilməsi nəzərdə tutulub.

Xəbərdə qeyd edilir ki, avqustun 19-23-də ekspertlər ayrı-ayrı sahələrə birgə baxış keçirəcəklər və gələcək mərhələdə qalan digər razılaşdırılmamış sahələrə də baxış keçirilməsi planlaşdırılır.