logo

“Bürc Xəlifə”nin üzərində 3 dəqiqəlik reklam 68 min dollardır

18:33 19-08-2019 | icon 2814
“Bürc Xəlifə”nin üzərində 3 dəqiqəlik reklam 68 min dollardır

Dubayda yerləşən dünyanın ən hündür göydələni “Bürc Xəlifə”nin üzərində üç dəqiqəlik reklam elanının və yaxud məlumatın yerləşdirilməsinin qiyməti 250 min dirhəmdən (68 min dollar) başlayır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə BƏƏ-nin reklam marketinq agentliyi məlumat yayıb.

Qiymətlər adi günlərdə 3 dəqiqəsi saat 20:00-dan 22:00-dək 250 min dirhəmdən başlayaraq, istirahət günlərində 350 min dirhəmədək (95 min dollar) çatır. Qeyd olunur ki, 5 dəfə üç dəqiqəlik görüntülərin istənilən gün saat 19:00-dan gecə yarısına kimi yayımlanmasının qiyməti 1 milyon dirhəm təşkil edir. Hər bir görüntülərin yerləşdirilməsi “Emaar Properties” şirkəti ilə razılaşdırma tələb edir.

“Bürc Xəlifən”in işıqdiod ekranlarında əks etdirilən təsvirlərə musiqili müşayiət də əlavə etmək mümkündür. Dünyanın ən hündür bürcünün fasadından “Walt Disney”, “Cartier”, “Huawey” kimi iri şirkətlər istifadə edib.