logo

Qəzaya uğrayan “MiQ-29” təyyarəsinin qara qutusu tapılıb

12:17 19-08-2019 | icon 2338
Qəzaya uğrayan “MiQ-29” təyyarəsinin qara qutusu tapılıb

Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsinin qara qutusu tapılaraq dənizdən çıxarılıb.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki,  hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə qara qutunun texniki vəziyyəti öyrənilir. Eyni zamanda, təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.