logo

Azərbaycan-Almaniya ticarət dövriyyəsi 1 milyard dolları ötüb

10:11 19-08-2019 | icon 2618
Azərbaycan-Almaniya ticarət dövriyyəsi 1 milyard dolları ötüb

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Almaniyaya 600 milyon 894 min dollar dəyərində məhsul ixrac edib.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Qeyd edilib ki, ötən ilin müvafiq dövrünə nisbətən bu ilin yeddi ayında ixracda 179 milyon 834 min dollar dəyərində artım müşahidə olunur.

Məlumatda bildirilib ki, hesabat dövründə  ölkəmiz Almaniyadan 406 milyon 84 min dollarlıq məhsul idxal edib.