logo

Gürcüstanda ilk dəfə baş nazir qadın ola bilər

21:44 18-08-2019 | icon 2765
Gürcüstanda ilk dəfə baş nazir qadın ola bilər

Yaxın gələcəkdə Gürcüstan hökumətində kadr dəyişikliklərinin həyata keçirilməsi planlaşdırılır.

YeniAvropa xəbər verir  ki, bu barədə “Front News International” nəşri məlumat yayıb.

Qeyd olunub ki, Regional İnkişaf və İnfrastruktur naziri Maya Tskitişvili baş nazir, hazırda Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin müavini olan Aleko Tabatadze isə daxili işlər naziri olacaq .

Milli Təhlükəsizlik naziri postu isə hazırda Daxili İşlər naziri olan Georgi Qaxariyaya tapşırılacaq.

Dəyişikliklərlə bağlı qərar hakim partiyanın bir neçə saat əvvəl keçirdiyi qapalı iclasda qəbul olunub.

Qeyd edək ki, Mamuka Baxtadze 2018-ci ilin iyunundan baş nazir vəzifəsini icra edir. O, bu vəzifədə Georgi Kvirikaşvilini əvəz edib. Georgi Qaxariya isə 2017-ci ilin noyabrında daxili işlər naziri vəzifəsinə təyin olunub.

Xatırladaq ki, hazırda Gürcüstanın prezidenti də qadındır.